“Qorxmayaq, azərbaycanlılar gəlib bizi öldürməyəcəklər…”

“Qorxmayaq, azərbaycanlılar gəlib bizi öldürməyəcəklər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Mikael Hambardzumyan maraqlı açıqlama verib.

Tribunainfo.az xəbər verir ki, o, Azərbaycanla Ermənistan arasında əldə olunan anlaşmaların bir sıra nəticələrə gətirib çıxaracağını bildirib.

Keçmiş xidmət rəisi deyib ki, əgər Nikol Paşinyan 2026-cı ilə qədər hakimiyyətdə qala bilsə, Ermənistan Azərbaycanın birbaşa təsiri altına düşə bilər. “Bu o demək deyil ki, gəlib bizi evimizdə qıracaqlar. Bu o deməkdir ki, yumşaq güc təzyiqi daha da güclənəcək”.

Hambardzumyan daha sonra qeyd edib ki, bunun fonunda dostluq prosesi başlayacaq, bir müddət davam edəcək. “Azərbaycanlılar Ermənistanda yaşamağa gələcəklər. Onların zəmanətləri olacaq və bu, dövlət səviyyəsində olacaq. Əhali balansı dəyişməyə başlayacaq”.

Onun sözlərinə görə, bu prosesi Azərbaycan və Türkiyə tərəfindən maliyyələşdiriləcək. “Biz Azərbaycanın əyalətinə çevriləcəyik”.

Fərda Uğur