Biz Rusiya ilə ABŞ arasındakı münasibətlərdən narahat olmalıyıq. Hər şey bu cür davam edə bilməz.
Biz Rusiya ilə ABŞ arasındakı münasibətlərdən narahat olmalıyıq. Hər şey bu cür davam edə bilməz.
TİA.AZ xəbər verir ki, bunu SSRİ-nin son prezidenti Mixail Qorbaçov ABŞ-dan Rusiyaya gələn 30 nəfərlik nümayəndə heyəti qarşısında çıxışı zamanı söyləyib.
“ABŞ-ın öz “yenidənqurma”sına ehtiyacı var. Biz hazırda ölkələrimiz arasında baş verənləri dəyişdirməliyik. ABŞ və Rusiya hələ də dünyanın liderləridir. Bizə sülh lazımdır ki, dünyanın problemlərini həll edək. Dünyanın 90% sərvətini 1% əhali idarə edir. Hakim sinif öz vəziyyətindən razıdır, amma hər şey belə davam edə bilməz”, – deyə o bildirib.