Qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verilib

Qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayonunda fərdi təssərrüfatlardan birində saxlanılan qonur ayı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.

Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən qonur ayı baytar həkim tərəfindən müayinə olunub. Ayı mərkəzdəiki ay reabilitasiyakeçdikdən sonra vəhşi təbiətə buraxılacaq.