backend

QONDARMA PREZİDENT SEÇKİLƏRİ –POLİTOLOQ ŞƏRHİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Düşünürəm ki, bu məsələlərə o qədər də böyük diqqət ayırmaq və ciddi yanaşmaq lazım deyil”. 

“Düşünürəm ki, bu məsələlərə o qədər də böyük diqqət ayırmaq və ciddi yanaşmaq lazım deyil”.


Bu sözləri TİA.AZ-a  Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində iyulun 19-da keçirilməsi nəzərdə tutulan “prezident seçkiləri”nə münasibət bildirərkən politoloq Arzu Nağıyev deyib.

“Bu, birinci dəfə deyil. Onlar bütün vaxtlar beynəlxalq norma və prinsipləri pozur və heç bir beynəlxalq qurum tərəfindən tanınmayan və haqq qazandırılmayan tədbirlər keçirirlər. Təbii ki,bunların hamısı danışıqları pozmaq və status – kvonu saxlamaq üçün nəzərdə tutulan addımlardır. Məlumdur ki, separatçı qurum belə tədbirlərlə Azərbaycan Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur. Eyni zamanda ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqlara və ümumiyyətlə, regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərinə ciddi mane olurlar. Məhz buna görə də qeyri-legitim bir qurumun bu addımları beynəlxalq müstəvidə qınanmalı və qanunsuzluğu barədə xəbərdarlıq edilməlidir və bununla Ermənistan və onun rəhbərliyi beynəlxalq qanunlara tabe edilməli və müvafiq xəbərdarlığa məruz qalmalıdırlar”.

İlahə