Qondarma “dqr”in ləğvi barədə fərman ətrafında qalmaqal

Qondarma “dqr”in ləğvi barədə fərman ətrafında qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür Ermənistanda qondarma “dqr”in ləğvi ilə bağlı imzalanmış fərman məsələsi müzakirə olunur.

Tribunainfo.az xəbər verir ki, bu məsələni ilk olaraq Daşnaksütrun Partiyasının sədri İşxan Saqatelyan gündəmə gətirib.
O deyib ki, həmin fərmanı birbaşa baş nazir Nikol Paşinyan oxuyub və redaktə edib.
Lakin Ermənistanın baş nazirinin ofisi məlumatı təkzib edib. Oradan bildirilib ki, həmin sənəddən Paşinyanın xəbəri olmayıb. “Bir qrup adam ortaya düşərək düşmən axtarırlar. Lakin hamı bilir ki, məlum fərman Paşinyan tərəfindən deyil, bu gün qaçaraq İrəvana sığınmış Qarabağın keçmiş rəhbərliyi hazırlayıb və imzalayıb”.
Dünən separatçıların nümayəndəsi, özünü “deputat” kimi sırıyan Davit Qalstyan deyib ki, qondarma “dqr”in buraxılmasına dair fərmanı Paşinyan özü redaktə edib. “Həmin sənəd İrəvana, birbaşa Paşinyana göndərilib. O, şəxsən fərmanı redaktə edib və imzalanmasını məqbul sayıb”.