Qohum evliliyi qanunla qadağan edilə bilər? – Hüquqşünas

Qohum evliliyi qanunla qadağan edilə bilər? – Hüquqşünas

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmi, bibi, xala, dayı uşaqlarının, başqa bir sözlə 3-cü dərəcəli yaxın qohumların bir-biriləri ilə ailə qurmalarına qadağa qoymaq, elə bir qanun qəbul etmək konstitusiyada göstərilən və beynəlxalq hüquqla qoyulan həddlərə uyğun deyil.

Tribunainfo.az xəbər verir ki, bu fikrilərlə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev çıxış edib. O bildirib ki, bu məsələ qanuni qadağalarla deyil, aqitasiya və yaxın qohumların evlənməsini çətinləşdirməklə (məsələn irsi xəstəliyin olub-olmadığının müəyyən edilməsi tələbi kimi) mümkün ola bilər:

“Şəxsi və ailə həyatına dövlətin müdaxilə etməsi üçün müəyyən səbəblər olmalıdır. Bunları AİHK 8-ci maddəsində də görmək mümkündür. Məsələn, sağlamlığın qorunması (inter alia) üçün belə bir müdaxilə mümkün ola bilər, amma müdaxilənin proporsional olması üçün bunda zərurət, son çarə olmalıdır.


Bu səbəblə 1) yaxın qohum evliliklərində ciddi nisbətdə qüsurlu uşaqların doğulması, 2) ancaq yaxın qohumların irsi xəstəlik daşıyıcısı olmaları halında, belə bir nikaha “olmaz” demək mümkün ola bilər. Əgər yaxın-qohum evliliklərində qüsurlu doğulan uşaqların nisbəti o qədər yüksək deyilsə, hər hansı məhdudlaşdırmadan söz edilə bilməz”.

Hüquqşünas bildirib ki, bəzi əməllər uğursuz olsa da, ictimai qaydanı, ictimai sağlamlıq və ictimai (ümumi) əxlaqı pozmadıqları təqdirdə məhdudlaşdırıla bilməz.
Nigar