QOCALMANI SÜRƏTLƏNDİRƏN AMİLLƏRbackend

QOCALMANI SÜRƏTLƏNDİRƏN AMİLLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaşlandıqca həyatımızda qarşılaşdığımız ətraf mühit faktorları da xarici görünüşümüzə təsir edir. Bəs qocalmanı sürətləndirən amillər hansılardır?

Tribunainfo.az-ın məlumatına görə, Güclü stress altında işləmək və şəxsi həyatınızda problemlərinizi həll edə bilməmək sizi təkcə emosional olaraq yormur, həm də dəri sağlamlığınıza təsir edir. Bu, yaşlanma əlamətlərinin artmasına səbəb olur.

Yüksək kalorili və insan sağlamlığı üçün zərərli qidaların qəbulu vaxtından əvvəl qocalmanı sürətləndirir.

Günəş şüalarına qorunmadan məruz qalmaq üzünüzdə qırışların görünüşünü artıra bilər. Bu, dərinizin qocalmasını sürətləndirir.

İllərlə ağır makiyaj etmək, makiyajınızı silmədən yatmaq dəri sağlamlığınıza təsir edir. Bu, zamanla qocalmağınıza səbəb olur.