Qocalmağa səbəb olan ən böyük amil – Tədqiqat

Qocalmağa səbəb olan ən böyük amil – Tədqiqat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçdə aparılan araşdırmalar göstərib ki, yuxu rejiminin qısa müddətli pozulması belə insanların qocalmasına səbəb olur.

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, İsveçin Karolinska İnstitutunun psixoloqları fasiləsiz yuxunun insanlara təsiri ilə bağlı araşdırma aparıblar. “Proceedings of the Royal Society B” akademik jurnalında dərc olunan araşdırma çərçivəsində iki ayrı müraciət həyata keçirilib. Birincidə 18-70 yaş arasında olan 490 könüllüdən son bir ayda özlərini neçə yaşında hiss etdikləri və yuxu vəziyyəti soruşulub.

Sorğunun sonunda müəyyən edilib ki, iştirakçılar pis yatdıqları hər gün üçün orta hesabla üç ay daha yaşlı hiss edirlər, yuxu rejimi pozulmayanlar isə faktiki yaşlarından orta hesabla altı yaş kiçik hiss edirlər.

İkinci müraciətdə 18-46 yaş arası 186 könüllüyə iki gecə dalbadal doqquz saat, daha sonra isə iki gecə ardıcıl olaraq cəmi dörd saat yatmağa icazə verilib.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, dörd saat yuxu ilə məhdudlaşan iştirakçılar orta hesabla 4 yaş daha yaşlı, doqquz saat yatmağa icazə verilən iştirakçılar isə orta hesabla üç ay cavan hiss ediblər. Araşdırmanın aparıcı müəllifi Dr. Leonie Balter yuxunun psixologiyaya təsirinin ümumi sağlamlığa da təsir edə biləcəyinə diqqət çəkib.