Qobustan İcra Hakimiyyətinin tenderi ləğv edilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə rəsmi qaynaqlardan məlumat yayılıb.
Məlumatda bildirilir ki, İcra Hakimiyyəti bu müsabiqə ilə mal-materialların satınalınmasını reallaşdırmaq fikrində olub. Bunun üçün 77 min 30 manat pul da ayırıb.
Lakin məlum olub ki, İcra Hakimiyyəti “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinin tələblərini pozub. Belə ki, sözügedən qurum tenderə 3 şirkət iştirak etməli olduğu halda, yalnız birinin iştirakı ilə keçirib. Bu səbəbdən də nəticələr ləğv edilib.
Fərda Uğur