QMİ “Seyid vəsiqəsi” verən qazıya xəbərdarlıq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Masallı rayonundakı qazısı Hacı Mirqiyas Təhməzovun “Seyid vəsiqəsi” verməsi faktı ilə bağlı tədbir görülüb. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Masallı rayonundakı qazısı Hacı Mirqiyas Təhməzovun “Seyid vəsiqəsi” verməsi faktı ilə bağlı tədbir görülüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu məsələ Komitə və QMİ tərəfindən birgə araşdırılıb.

Onun sözlərinə görə, həmin qazıya xəbərdarlıq edilib: “QMİ onun yaşlı olmasını, din sahəsində fəaliyyətini nəzərə alıb, xəbərdarlıq etməklə kifayətlənib. Təbii ki, bu, yolverilməz haldır, həmin şəxs özü də bundan peşman olduğunu bildirib”.

Qeyd edək ki, sosial şəbəkələrdə QMİ qazısı Hacı Mirqiyas Təhməzov tərəfindən Tağıyev Elnur Mirverdi oğluna “Seyid Ağa” vəsiqəsi verilməsi ilə bağlı sənədin fotosunun yayılması geniş müzakirələrə səbəb olub. (APA)