QMİ-nin 10 manat qərarı etiraz doğurdubackend

QMİ-nin 10 manat qərarı etiraz doğurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dini mövzular üzrə yazar Rəsul Mirhəşimli Qafqaz Müsəlmanları İdarəsinin fitrə zəkatı üçün 10 manat məbləğ təyin etməsi fiqh üsuluna zidd adlandırıb. Tribunainfo.az bildirir ki, Mirhəşimli qərara etiraz edib. “Fitrə zəkatı dənli bitkilərin, yaxud xurmanın 3 kiloqramının dəyərində müəyyən edilir. Bu məhsulların dəyəri qarşılığında pul, yaxud ərzağı fitrə zəkatı olaraq vermək olar. Həmin məbləğ ailə üzvlərinin sayına vurularaq, toplanır və fitrə zəkatı olaraq imkansız və yoxsul ailələrə verilir. Bu, İslam məzhəblərinin hər biri üçün keçərlidir. Yalnız Şafii məzhəbində həmin məhsulların əvəzində pul və ərzaq verilməsi caiz (icazəli) sayılmır.
Qeyd edim ki, bütün ibadətlər, o cümlədən zəkat da imkanı olan müsəlmanlar üçün vacib sayılır”.

Roman