“Qlobal miqyasda qiymətlər enir, niyə bizdə düşmür?”backend

“Qlobal miqyasda qiymətlər enir, niyə bizdə düşmür?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son iki ildə əldə edilən yüksək inkişaf tempi 2023-cü ildə davam edəcəkmi? 2023-cü ildə ÜDM-nin 2,7 faiz artımı proqnozlaşdırılır, lakin 2 ayın göstəricilərinə görə biz cəmi 0,4 faiz artıma nail olmuşuq. Deməli, belə getsə yenidən Dövlət Neft Fondundan əlavə vəsaitlərin götürülməsinə məcbur olacağıq. Buna görə bir çox istiqamətdə sistemli addımlar atılmalıdır”. 

Tribunainfo.az xəbər verir ki, bu təkliflə millət vəkili Əli Məsimli parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.

Son dövlərdə insanların həyat səviyyəsinə mane olan əsas amillərdən biri kimi sürətli qiymət artımına diqqət çəkən deputat bildirib ki, qlobal miqyasda qiymətlər aşağı düşməyə başlayıb: “Əgər doğrudan bizdəki artımlar bütövlükdə idxal inflyasiyası ilə bağlıdırsa, onda belə bir sual ortaya gəlir ki, niyə bizdə qiymətlər aşağı düşmür? Deməli, başqa maneə amilləri var. Burada da monopoliya əsas rol oynayır. Hesab edirəm ki, antimonopoliya siyasətinin həyata keçirilməsi vacibdir. Süni qiymət artımının hər faizinə görə Azərbaycan vətəndaşları ildə 500 milyondan çox vəsait itirməli olurlar”.

İşsizlik məsələsinə də toxunan Əli Məsimli qeyd edib ki, Azərbaycan iqtisadiyyatının 75-80 faizi Bakı şəhəri və Abşeronda yerləşir: “Cəmi 7 faizi isə yerdə qalan 12 iqtisadi zonanın payına düşür. Belə bir şəraitdə regionların canlanması istiqamətində addımlar atılmalıdır”.