Dunyada 140 milyondan cox qadın hələ erkən yaşda sünnət olunub və bu rəqəm hər il təxminən 3 milyon nəfər artır Dunyada 140 milyondan cox qadın hələ erkən yaşda sünnət olunub və bu rəqəm hər il təxminən 3 milyon nəfər artır. Qızların sünnət olunduğu olkələrə Somali (97.6%) Cibuti, Misir, Mali başçılıq edir. Hazırda Belçikada 13.112 qız sünnət olunub və daha 4084 qız sünnət olma riski yasayır. Belçikada bu, qanunla qadağandır. Lakin burada da qızlarını sünnət elətdirən ailələr var. Bu aşkarlandıqda, valideyinlər və sünnət edən şəxs cərimə olunur. Maraqlıdır ki, Belçikaya gələn miqrantların çoxu bu qəribə ənənəni burada da davam etdirir.TİA.AZ-a bu barədə Belçikada yaşayan soydaşımız İlahə Tağıyeva danışdı:“Mənim könüllü olduğum “De Sloep” Ailə və qadın təşkilatının qatıldığı seminarda bu barədə məlumat verildi. 2017-ci il Ümumdünya Səhiyyə Təşkilatında qadın sünnəti ilə bağlı müxtəlif layihələr olub. Çünki qadın sünnətinin qaşısını almaq istəyirlər.Adı sünnət olması ilə desələr də burda qadınlara xüsusi tikiş qoyurlar. Və bu cür prosedur edilməyən qızlar ərə gedə bilmir və valideynlər üçün bu böyük ayıb sayılır. Bu xalqlarda bu cür sünnətə bakirəlik rəmzi kimi yanaşırlar. Ötən ildən Belçikada qanun qəbul edilib və bu prosedura görə valideynlər üçün cərimə müəyyən edilib. Hazırda bir çox təşkilatlar və tibb ocaqlarında valideynlər bununla bağlı maarifləndirilir. Lakin qız uşaqlarına qarşı aparılan bu cür sünnət prosesinin qarşısını almaq üçün daha effektiv layihələr də keçiriləcək.”
NÜŞABƏ
TİA.AZ