backend

“Qızlarım deyir, lotuluq eləmə” – Xalq artisti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB TV-nin “Evgördü” verilişinin qonağı bu dəfə xalq artisti Ramiz Əzizbəyli olub.  

ARB TV-nin “Evgördü” verilişinin qonağı bu dəfə xalq artisti Ramiz Əzizbəyli olub. 


TİA.AZ-ın məlumatına görə, aktyor ilk olaraq evinə köçməsindən və həyat yoldaşı ilə tanışlığından bəhs edib:

“1996-cı ildə bu evə köçdüm. 4 il buranın təmiri ilə məşğul oldum. Vaxtım yox idi. Bura köçəndə bəzi adamların ağzı açıq qalmışdı. Amma indi yeni binalar, evlər tikilir. Yoldaşımla qonşu olmuşuq. Uşaqlıqda məni görüb, bəyənib. Universitetdə birlikdə təhsil almışıq.

Aktyor diplomlarını və fəxri fərmanlarını niyə göz önünə qoymamasının səbəbini açıqlayıb:

“Diplomlarımı ortaya düzməyi sevmirəm. Həm də övladlarım qoymur… Qızlarım deyir ki, ata, lotuluq eləmə. Mən qoca fikirliyəm. Evimdə ən qədim bu qadındır (həyat yoldaşı – red.)”