“Atamı sevirəm. Yaxşı ki, varımsan, ata”. Tribunainfo.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova sosial şəbəkədə yazıb.
Atası ilə bağlı paylaşım edən müğənni “Qızlar, həyat yoldaşınızın səhvini qızlarınızın xatirinə bağışlayın. Qızlarınızı atasız qoymayın. Qızımı bu hisslərə görə qardaşımdan ayıra bilmirəm. Çünki ona bütöv ailəni yalnız atası yaşada bilər. Amma yenə də Nəfisə qızım mənim dünyamdır, yeganə əvəzsiz sevgimdir. Ata və qız sevgisi heç bir sevgi ilə əvəz edilə bilməz” deyə, paylaşımına əlavə edib.