backend

“Qızımı boşayıb, küçədə qalmış Sevdanı aldı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış müğənni Sevda Sanaliyevanın həyat yoldaşının birinci ailəsi olduğu hər kəsə məlumdur. Birinci evliliyinə son verib, müğənni S. Sanaliyeva ilə ailə quran Cəlil bəyin valideynləri və ilk həyat yoldaşı Lalə xanım bu izdivacla hələ də razılaşa bilmirlər.  Tanınmış müğənni Sevda Sanaliyevanın həyat yoldaşının birinci ailəsi olduğu hər kəsə məlumdur. Birinci evliliyinə son verib, müğənni S. Sanaliyeva ilə ailə quran Cəlil bəyin valideynləri və ilk həyat yoldaşı Lalə xanım bu izdivacla hələ də razılaşa bilmirlər.

TİA.AZ xəbər veiri ki, Sevda xanımın hal-hazırda həyat yoldaşı Cəlil bəyin eks qaynanası Gülənbər xanım BiG.AZ-a özəl 

açıqlamasında bildirib ki, Cəlil bəyin onun qızı Lalə ilə boşanmasının səbəbkarı müğənni Sevda Sanaliyevadır. Ağlayaraq 

dərdini əməkdaşımıza danışan Gülənbər xanım ifaçı S. Sanaliyevanı “yuvayıxan” adlandırıb:

” Sizə zəng edən Gülənbər xanımdır. Müğənni – rəqqasə Sevda Sanaliyevanın indi yanına salıb, ərim – ərim dediyi kişinin 

qaynanasıdır. Mənim qızımı boşayıb, gedib küçədə qalmışın birini aldı. Necə də utanmır, heç kişi də belə iş görər ? 

Kürəkənim Cəlil 10 il idi ki, qızım Lalə ilə evli idi.

Gözümün ağı-qarası bir qızımı bədbəxt etdi. Bütün Şamaxı bu əclaflığa görə ondan üz çevirib. Hətta Cəlilin öz ata-anası da 

ona nifrət edir, onu bağışlamır. Qızım Lalə hal-hazırda qaynanasının yanındadır. Onlarla birgə qalır.

Amma 30 yaşında, ərsiz bədbəxt qaldı. Allah bu zülmü götürməz. Onu orada gözüyaşlı qoyub, efirə çıxıb deyir ki, mən 

ailəmlə xoşbəxtəm. Qızımla iki əkiz balası var. Bir qız, bir oğlan uşağı … O uşaqlar da o verilişə baxırdılar.

Belə nadürüstlük olmaz axı … İnsan necə vicdansız olar axı ? 9 milyon insan bilsin ki, o ər dediyi Sevdanın əri deyil, mənim 

qızımın əridir. Heç nəyin üstündə mənim qızımı boşadı, getdi Sevdanı aldı. Bir günün içində Cəlil evdən əşyalarını yığıb, 

çıxıb gedib. Mən indi də qızıma deyirəm ki, ondan sənə ər olmayıb, olmayacaq da… Özümü xəstəliyə saldı, gözümün ağı-

qarası bir balamı rüsvay etdi. tək qoydu. İki balasına da yazığı gəlmədi. Düz bir ildir ki, qızımla Cəlili Sevda boşatdırıb. 

Utanmır efirdə ərim-ərim də deyir … .