Qızılca peyvəndinin yayılması, iki məktəblinin bu xəstəlikdən dünyasını dəyişməsi və mövsümi xəstəlikləri də nəzərə alsaq, hesab edirəm ki, məktəblər 1 həftəlik bağlana bilər. Buna ehtiyac var.
Bu sözləri Tribunainfo.az-a təhsil eksperti Kamran Əsədov bildirib. O qeyd edib ki, uşaqlar, məktəblilər və insanlar arasında əlaqənin müvəqqəti qırılmasına ehtiyac var:
“Qızılca peyvəndi yayılmaqdadır və çox təəssüf ki, iki məktəblimiz artıq bu xəstəlikdən dünyasını dəyişib. Hesab edirəm ki, artıq vəziyyət nəzarətə alınmalıdır. Vəziyyət bu şəkildə davam etsə və yoluxma kütləviləşsə məktəblər bağlana bilər. Məktəblərdə 1 həftəlik fasiləyə ehtiyac var. Bu faisə ərəfəsində məktəblər dezinfeksiya da edilə bilər. Elə bilirəm ki, yenidən maska dövrünə geri qayıda bilərik. Uşaqlarımızın həyatı hər şeydən önəmlidir”.