QIZILCAYA YOLUXAN UŞAĞA BU VİTAMİN VERİLMƏLİDİR – HƏKİM

QIZILCAYA YOLUXAN UŞAĞA BU VİTAMİN VERİLMƏLİDİR – HƏKİM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yayılmaqda olan qızılca ilə bağlı bir çox valideyn məlumatsızdır. Yoluxma halında nə etməli olduğunu bir çoxları bilmir. Hətta bəzi analar hesab edir ki, Vitamin C hər bir dərdin dərmanıdır və uşağı ancaq o vitamin sağaldır.

Tribunainfo.az xəbər verir ki, həkim-pediatr Elşən Tağıyev bildirib ki, qızılçaya tutulmuş bütün uşaqlara yüksək dozada A Vitamini vermək lazımdır. Gündəlik 200 ml təsir vahidi olmaqla.

Həkim bildirib ki, qızılca olmuş uşaqla bağlı ilk növbətə həkimə məlumat vermək, müayinə götürmək lazımdır:

“Qızılcaya yoluxmuş uşağa A Vitamini 2 gün müddətinə verilir. Yüksək dozada A vitamini qızılca zamanı ağ ciyər iltihabı, beyin iltihabı və korluq hallarını azaldır. Qızılcaya bağlı ölüm hallarını isə 87 % ə qədər azalır”.