Qızılcadan hər gün bir uşaq ÖLÜR… “Ağırlaşmanı gözləmədən həkimə müraciət edin” – Həkim

Qızılcadan hər gün bir uşaq ÖLÜR… “Ağırlaşmanı gözləmədən həkimə müraciət edin” – Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qızılcaya yoluxmuş insanda ağırlaşmanı gözləmədən həkimə müraciət etmək lazımdır.

 

Tribunainfo.az yazır ki, bu sözləri həkim pediatr Vaqif Qarayev bildirib. Hər gün saytlarda qızılcaya yoluxmuş azyaşlıların ölüm xəbərləri ilə bağlı danışan həkim bildirib ki, nəticənin acınacaqlı olmasının yeganə səbəbi həkim gec müraciət olunmasıdır:

“Az qala hər gün saytlarda oxuyuruq ki, filan rayonda filan yaşlı uşaq qızılcadan öldü. Bütün hallarda da yazılır ki, həkimə gec müraciət olunub. Peyvənd elətdirmirsiniz, özünüz bilərsiniz, amma xəstə uşağı vaxtında həkimə çatdırmağa nə mane olur?
Həkimə gec müraciətin bir səbəbi odur ki, yaşlı insanlar qızılcalı uşağa iynə-dərman vurulmasına qarşıdır. Bu fikir cahillik əlamətidir.
Peyvənd vurdurmamaq tibbin əleyhinə getməkdir! Həkimə müraciət etməmək isə cahillikdir!
Axı hər gün qızılcadan bir uşağın ölməsi çoxdur, həm də həddən artıq”.

Nigar