QIZILCA NECƏ BAŞLAYIR, NECƏ YAYILIR VƏ KİMLƏR RİSK ALTINDADIR?

QIZILCA NECƏ BAŞLAYIR, NECƏ YAYILIR VƏ KİMLƏR RİSK ALTINDADIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yayılmaqda olan qızılca xəstəliyi artmaqdadır. Hətta bu xəstəlikdən iki məktəblinin dünyasını dəyişdiyi də bildirildi. Xüsusilə uşaqlar üçün təhlükəli hesab edilən bu xəstəlik nə qədər təhlükəlidir, necə yayılır, kimlər risk altındadır, araşdırmışıq.

Tribunainfo.az yazır ki, qızılca virus vasitəsi ilə yaranan çox yoluxucu xəstəlikdir. Yoluxmuş şəxs nəfəs aldıqda, öskürdükdə və ya asqırdıqda viruq asanlıqla yayılır. Qızılca ağırlaşmalara və hətta ölümə səbəb ola bilər.

Kimlər risk altındadır?

İmmuniteti zəif olan hər kəs (xüsusən peyvənd olunmamışlar) qızılcaya yoluxa bilər. Lakin peyvənd olunmamış uşaqlar və hamilələr də qızılcanın ağırlaşmaları üçün ən yüksək risk altındadırlar.

Övladımı qızılcadan necə qoruya bilərəm?

Vaksin qızılcaya yoluxmaqdan qoruyan ən yaxşı və təhlükəsiz vasitə hesab edilir. Yaşadığınız ünvana yaxın yerləşən ərazi üzrə tibb müəssisəsinə müraciət etməklə Milli Peyvənd Təqvimi üzrə uşağınızın QPM vaksinini vurdura bilərsiniz. Bu peyvənd üç xəstəlikdən qoruyur: qızılca, parotit və məxmərək.

Qızılca necə başlayır?

Qızılcanın simptomları adətən virusa məruz qaldıqdan 10-14 gün sonra başlayır. Qızılca öskürək, burun axması, gözlərin qızarması və sulanması, yanaqların içərisində ağ ləkələrin əmələ gəkməsi ilə başlayır.
Sonra kiçik, qırmızı ləkələrdən ibarət səpkilər əmələ gəlir. Səpgilər baş və boyundan başlayır və bədənin qalan hissəsinə yayılır.
Diqqətli olun!

Sadalanan əlamətlərdən hər hansı birini uşağınızda və ya özünüzdə hiss etdikdə işə, məktəbə, bağçaya və digər ictimai yerlərə getməyin, həkimə müraciət edin. Əgər hamilə qadın qızılcaya yoluxarsa, bu ana üçün təhlükəli ola bilər və körpənin vaxtından əvvəl az çəki ilə doğulmasına səbəb ola bilər.