Qızılca ilə yanaşı uşaqlar arasında başqa səpgili xəstəliklər də yayılıb… – Həkimbackend

Qızılca ilə yanaşı uşaqlar arasında başqa səpgili xəstəliklər də yayılıb… – Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda uşaqlar arasında səpgili infeksion xəstəliklər çox yayılıb. Hətta bəzən valideynlər belə bu səpgiləri qarışdırır. Hazırda qızılca xəstəliyi çox yayıldığı üçün valideynlər uşaqda səpgi olduğu halda bunun qızılca olduğunu düşünürlər.

Tribunainfo.az xəbər verir ki, pediatr Nigar Abdullayevanın sözlərinə görə, bəzi səpgilər altıncı xəstəlik səpgiləridir. Bəs nədir altıncı xəstəlik?:

“6-cı xəstəlik uşaqlıq dövründə rast gəlinən səpgilli infeksion xəstəliklərdən biridir. Herpes viruslar ailəsindən olan HHV-6 tərəfindən törədilir.

6 ay ilə 3 yaş arası uşaqlarda rast gəlinir. 6 aydan kiçik uşaqlarda bu xəstəlik görülməz (Anadan keçən immunitet qoruyucudur).
Xəstəlik ilkin olaraq qızdırma ilə başlayır və çox yüksək dərəcəyə qədər yüksəlir (40°C). Əsas əlaməti 3-5 gün davam edən qızdırma kəskin şəkildə düşdükdən sonra səpgilərin yaranmasıdır.

Səpgilər çəhrayı rəngdə olur, əsasən gövdədə və üzdə yerləşir, 1-3günə tamailə itir.

6-cı xəstəlik uşaqlarda qızdırmalı qıcolmalara səbəb olan əsas səpgili xəstəlikdir.
Ağırlaşmalar nadir olur. Ən sıx gördüyümüz ağırlaşma orta-qulaq iltihabı-otitdir.

Xəstəlikdən sonra ömürlük immunitet formalaşır. 6-cı xəstəlik çox vaxt digər səpgili infeksion xəstəliklər – məxmərək, qızılca, skarlatina ilə səhv salınır və onu bu xəstəliklərdən ayırd etmək çox önəmlidir”.