Qızılca artmaqdadır, ölkədə müxtəlif viruslar “at oynadır” – Pediatrlar danışdıbackend

Qızılca artmaqdadır, ölkədə müxtəlif viruslar “at oynadır” – Pediatrlar danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qızılca xəstəliyi yayılmaqda davam edir. Son günlər yoluxanların sayının daha da artdığı bildirilir. Pediatrların paylaşımları və açıqlamalarında da bunu müşahidə etmək mümükündür. Həkimlər vaksindən kənar qalanların tezliklə peyvənd olunmasını tələb edirlər.

Tribunainfo.az yazır ki, pediatr Elnurə Qurbanova 1 və 6 yaş uşaqların peyvəndə gətirilməsi üçün paylaşım edib. Həkim bildirib ki, xəstəlik sürətlə artır, xəstəlikdən yayınmaq olmur:

“Uşaqlar arasında yoluxmada azalma yoxdur. Əksinə yoluxanlar çoxdur. Peyvənd olanlar yoluxmur və ya yoluxma zamanı da xəstəliyi yüngül keçirirlər. Valideynlərə səslənirik ki, uşaqlarınızı peyvənddən yayındırmayın”.

Pediatr Vaqif Qarayev isə bildirib ki, qonşu Gürcüstanda qızılca artıq bitib, bizdə isə qızılca ilə yanaşı müxtəlif vüruslar “at oynadır”:

“Məlumat üçün deyim ki, builki qızılca əksər hallarda klassik gedişatla getmir. Məsələn, kataral dövr əvvəllər 3-4 gün çəkirdi, sonra səpki başlayırdı.

İndi uşaq bir həftəyədək qızdırır sonra səpir. İndiki digər infeksiyaların da qızdırma ilə getdiyini nəzərə alsaq, ilkin günlərdə diaqnoz qoymaq çətinlik yaradır. Böyük yaşlı insanların da qızılcaya tutulmasını “yenilik” hesab etmək olar”.