Comex-də qızılın bir unsiyasının qiyməti əvvəlki qapanışla müqayisədə 2,20 dollar, yaxud 0,19% artaraq bu gün Bakı vaxtı ilə 12:00-a olan məlumata əsasən, 1153,90 dollar/unsiyaya çatıb.
Comex-də qızılın bir unsiyasının qiyməti əvvəlki qapanışla müqayisədə 2,20 dollar, yaxud 0,19% artaraq bu gün Bakı vaxtı ilə 12:00-a olan məlumata əsasən, 1153,90 dollar/unsiyaya çatıb.
TİA.Az report-a istinadən xəbər verir ki, qızıl gün ərzində 1159,10 dollar/unsiyaya qədər də qalxıb.
OCBC iqtisadçısı Barnabas Gan Bloomberg TV-yə açıqlamasında faiz artımlarının dolları daha da gücləndirəcəyini və qızıla təzyiq edəcəyini bildirib.
“2017-ci il böyük ehtimalla qeyri-müəyyənlik ili olacaq. Qızıl üçün ssenarimiz ucuzlaşma şəklində olacaq, ancaq xüsusilə də ilin birinci yarısı üçün qiymətin aşağı düşməsi zəif gedəcək”.