backend

Qızıl Xaçın nümayəndəsi qaçırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın Qunduz vilayətində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi naməlum şəxslər tərəfindən qaçırılıb. 

Əfqanıstanın Qunduz vilayətində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi naməlum şəxslər tərəfindən qaçırılıb.

TİA.AZ xəbər verir ki, bu barədə vilayətin polis idarəsinin rəisi, general Qasım Cəngəlbağ məlumat verib.

Onun sözlərinə görə, komitənin avtomobil karvanı Qunduzdan Bəğlan vilayətinə gedərkən Əli Abad bölgəsində naməlum silahlılar tərəfindən saxlanılıb.

Cinayətkarlar komitənin bir nümayəndəsini qaçırıb.

Hadisənin məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.