Fransanın ünlü “France Football” futbol dünyasının ən nüfuzlu fərdi mükafatı – “Qızıl top”un qalibini elan etməyə hazırlaşır.
Tribunainfo.az jurnalının rəsmi “Twitter” hesabına istinadən xəbər verir ki, mükafat uğrunda Argentina millisi ilə dünya çempionu olan Lionel Messi və İngiltərənin “Mançester Siti” komandası ilə trebl edən Erlinq Haaland mübarizə aparır.
2023-cü ilin “Qızıl top” mükafatlandırma mərasimi oktyabrın 30-da Parisdə keçiriləcək. Tədbir Chatelet Teatrında baş tutacaq. Gecənin əsas tədbiri Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Saat 19:45-dən etibarən “France Football” sorğuda 30-11-ci yerləri tutan futbolçuları elan edəcək. Daha sonra 10 finalçının adı, həmçinin qadınlar arasında Qızıl Top mükafatı, Yaşin mükafatı (ən yaxşı qapıçı), Müller mükafatı (ən yaxşı bombardir), Kopa mükafatı (ən yaxşı gənc futbolçu) və Sokrates mükafatının qalibləri müəyyən olunacaq,
Bu il “Qızıl top”a əsas namizəd Messidir. O, Argentina milli komandasına 2022-ci il Dünya Kubokunda qələbə qazandırıb və PSG ilə Fransa çempionu olub. Bukmeker kontorlarında 7 qat “Qızıl top” sahibinin növbəti qələbəsi üçün əmsallar 1.10-a bərabərdir.
Bu arada, Haalandın zəfəri üçün şanslar əhəmiyyətli dərəcədə yüksəkdir – 5.00. Digər futbol ulduzlarının şansları faktiki olaraq real deyil. Xüsusilə, Kilian Mbappeyə mərclər 30.00, Vinisius Juniora isə 50.00 əmsalla qəbul edilir. Kevin De Bruyne, Kərim Benzema və Rodrinin qələbəsi üçün də eyni rəqəmlər təklif olunub.
Argentinalı 2022/23 mövsümünü Fransanın Paris Sen-Jermen klubunda keçirib. Parislilərin heyətində hücumçu bütün turnirlərdə 41 oyun keçirib, 21 qol vurub və 20 məhsuldar ötürmə edib.
Yayda Messi “İnter Mayami” ilə 2,5 illik müqavilə imzalayıb. Floridalılar argentinalıya mövsümdə 50-60 milyon dollar ödəyəcək.