Dünya Azərbaycanlıları İctimai Mərkəzinin respondentlər arasında «QIZIL BUTA» mükafatı qaliblərin təqdimatına həsr olunmuş tədbir keçirildi.
Dünya Azərbaycanlıları İctimai Mərkəzinin respondentlər arasında «QIZIL BUTA» mükafatı qaliblərin təqdimatına həsr olunmuş tədbir keçirildi.
TİA.AZ məlumat verir ki,DAİM-in İdarə Heyətinin sədri Zaur Mirzə-zadə əvvəlcə qurumun yaranma tarixi və məqsədləri barədə danışdı. Qeyd etdi ki, DAİM 2005-ci ildə yaradılıb. Təşkilatın yaradılmasında məqsəd Azərbaycanı dünya standartlarına uyğunlaşdırmaq istiqamətində layihələr, proqramlar hazırlamaq, araşdırmalar aparmaqdır: «Məqsədimiz xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərə ulu öndərimiz Heydər Əliyevin zəngin irsinin təbliği və öyrənilməsini təmin etmək, ulu öndərimizin siyasi kursunun davamçısı hörmətli prezidentimiz İlham Əliyevin xarici və daxili siyasətini dəstəkləyərək Vətənimiz Azərbaycanın qüdrətli bir ölkəyə çevrilməsinə yardımçı olmaqdır.
Z.Mirzəzadə daha sonra DAİM-in təsis etdiyi mükafat barədə danışdı. Qeyd etdi ki, mərkəzin koordinatorları 2016-cı ilin yekunlarına dair respublika üzrə respondentlər arasında sorğular keçirib. Onun sözlərinə görə, sorğuda iştirak edənlərin 14 % iş adamı 12% elm xadimləri 17 % məmurlar 39% tələbələr 2 % işsizlər 16 % müxtəlif peşə sahibləri olublar.Respondentlərin 53% kişilər, 47% qadınlar təşkil edib. Mükafata ziyalılar, elm adamları, millət vəkilləri, ictimai xadimlər, bir sıra dövlət rəsmiləri layiq görülüblər. Z. Mirzəzadə qeyd etdi ki, mərkəzin koordinatorları xaricdə təhsil almış gənclərdən ibarətdir. Onların bütün respublika ərazisində anket-sorğu şəklində və informasiya agentliklərində keçirdikləri sorğuları respondentlər tam müstəqil olaraq cavablandırıblar: «Sorğununbirinci mərhələsində ölkə üzrə 16 700 vətəndaş, ikinci mərhələdə isə xaricdə təhsil alan gənclərimizdən 760 nəfər iştirak edib. Beləliklə də, laureatlar müəyyənləşdirilib. Mərkəz rəhbəri qeyd etdi ki, sorğuların keçirilməsində məqsəd Azərbaycan cəmiyyətində xalqımız və Vətənimiz üçün çalışan insanları dəyərləndirmək və dünya ictimaiyyəti qarşısında onların gördüyü işlər barədə məlumat verməkdir. “QIZIL BUTA” mükafatçıları qaliblərə təqdim olundu.
Mehriban xanım Əliyeva – Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı
Allahşükür Paşazadə- Qafqaz Müsəlmanları İdarəsinin sədri
Ramil Usubov-Daxili İşlər Naziri
Zakir Həsənov-Müdafiə Naziri
Azad Rəhimov-Gənclər və İdman Naziri
Eldar Həsənov- Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri
Əflatun Amaşov- Mətbuat Şurasının sədri, millət vəkili
Vüsal Quliyev- Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri
Agil Ələsgər- Araşdırmaçı, yazar
Baba Rzayev –“Azərişıq” ASC-nin İdarə Heyətinin sədri
Arif Alışanov –“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Vuqar Rəhimzadə-“İki sahil” qəzetinin baş redaktoru
Həsən Məmmədzadə- Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri
Bayram Səfərov- Dağlıq Qarabağ Bölğəsinin Azərbaycan İcmasının sədri
Qənirə Paşaeva – Milli Məclisin deputatı
Azay Quliyev-Milli Məclisin deputatı
Cavanşir Paşazadə- Milli Məclisin deputatı
Adil Əliyev –Milli Məclisin deputatı
Novruz Aslanov- Milli Məclisin deputatı
Rövşən Rzayev-Milli Məclisin deputatı
Tahir Mirkişili- Milli Məclisin deputatı
Kamran Nəbizadə- Milli Məclisin deputatı
Elşad Həsənov- Milli Məclisin deputatı
Bəhruz Quliyev-Səs qəzetnin baş redaktoru
İctimai Televiziya
Bəxtiyar Əsgərov –Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri
Vüsalə Mahirqızı- APA Holdinqin prezidenti
Anar Yusifoğlu- İctimai Televiziya
Səbuhi Rəcəb- Kikboksinq Federasiyasının Peşakarlar üzrə vitse-prezidenti
Rufiz Qonaqov- Beynəlxalq Münasibətlərin Araşdırmalar Mərkəzinin sədri
Elşad Eyvazlı-Parlament Jurnalistləri Birliyinin sədri
Səbuhi Abbasov – Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının sədri
Elçin Çobanzadə-EL-1 İdman Təşkilatının prezidenti
Zakir Fərəcov-Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı
Taleh Qaraşov –Lənkəran şəhər İcra Hakimiyətinin başçısı
Asif Əsgərov- Nəsimi rayon İcra Hakimiyyətinin başçısı
Süleyman Mikayılov- Qaradağ rayon İcra Hakimiyətinin başçısı
Müstəqim Məmmədov-Tərtər rayon İcra Hakimiyyətinin başçısı
Rahim Hüseynov -Elm və Təhsil Mərkəzi-Təfəkkür Universitetinin rektor əvəzi
Əlişir Əhəd- Tribuna İnformasiya Agentliyinin baş redaktoru
Nahid Canbaxışlı-Vətəninfo.az İnformasiya Agentliyi baş redaktoru
Aqil Alışov –Miq.az xəbər portalı baş redaktoru
Milli.az İnternet portalı
Qaynarinfo.az Xəbər portal
AFN.AZ İnformasya Agentliyi
İsmayıl Şabani – “AvirTell” MMC-nin prezidenti
Xudu Rzayev- Minera şirkətinin prezidenti
Kamal Şirəliyev- Bakı Fruit Company