Qızı öldürülən Duqindən ilk AÇIQLAMAbackend

Qızı öldürülən Duqindən ilk AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın tanınmış siyasi eksperti Aleksandr Duqin qızı Darya Duqinanın bombalı hücumda ölməsindən sonra ilk dəfə açıqlama verib.
Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi “Belə dözülməz zərbələr bizi, xalqımızı qıra bilməz” deyib.
Duqinin yaxın dostu Konstantin Malofeyev isə sosial media hesabında Duqinin yazılı açıqlamasını yayıb.
Hücuma görə Ukraynanı ittiham edən Duqin, “Hamınız bildiyiniz kimi, nasist Ukrayna rejiminin terror hücumu nəticəsində qızım Darya Duqina avqustun 20-də Moskva yaxınlığında “Tradisiya” adlı festivaldan qayıdarkən baş verən partlayışda vəhşicəsinə öldürülüb. Belə dözülməz zərbələr bizi, xalqımızı qıra bilməz. Onlar qanlı terror hücumları ilə iradəmizi qırmaq istəyirdilər. Bunu edə bilməyəcəklər”, – deyə bildirib
Qızının ölümünə görə yalnız “intiqam” istəmədiklərini vurğulayan Duqin, “Ürəyimiz intiqam və ya cavab verməkdən daha çoxunu istəyir. Bizə sadəcə qələbə lazımdır” ifadəsini işlədib.
Duqin sabah Darya Duqinanın dəfn mərasiminin keçiriləcəyi barədə də məlumat paylaşıb.