İyulun 24-də ölkədə fəaliyyət göstərən xarici taksi şirkətləri tərəfindən yaxın məsafəyə qiymətlər 2 manat 50 qəpiyə qaldırıldı.
Tribunainfo.az xezerxeber.az-a istinadən xəbər verir ki, qiymət dəyişikliyinin əsas məqsədlərindən biri də bu sahədə xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması idi.
Bəs, qiymətin bahalaşması neqativ halların azalmasına necə təsir edib?
Sərnişinlərin mövcud vəziyyətlə bağlı fikirləri birmənalı deyil. Onların əksəriyyəti qiymət artımından sonra ciddi dəyişiklik hiss olunmadığını deyirlər.
Sürücülər isə bahalaşmadan sonra bu sahədə xidmət keyfiyyətinin artdığını iddia edirlər.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, yaxın məsafələr üçün qiymətlərin artırılması keyfiyyətin yüksəldilməsinə hesablanmışdı. Ekspertin sözlərinə görə, xoşagəlməz halların qarşısını kompleks tədbirlər görməklə almaq olar.
Görünən odur ki, bu sahədə aparılan islahatlar tam effektiv deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: