15 iyul hərbi çevriliş cəhdi ilə bağlı FETÖ lideri Fətullah Gülənin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqda verdiyi təlimat ortaya çıxıb.
15 iyul hərbi çevriliş cəhdi ilə bağlı FETÖ lideri Fətullah Gülənin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqda verdiyi təlimat ortaya çıxıb.
Avropa.info xəbər verir ki, Türkiyənin “Aydınlık” qəzetinin yazdığına görə, Fətullah Gülən Türkiyə imamı vasitəsilə Ərdoğanın sağ ələ keçirilməsini istəyib. Ələ keçiriləndən sonra isə əllərinin qandallaması və diz çökdürülərək danışdırılması və bütün bunların videoya çəkilməsi təlimatını verib.
Gülən MKİ-nin (CİA) “etibarsızlaşdırma”, İraqda ABŞ əsgərlərinin Səddam Hüseyni həbs edərkən çəkib yaydığı fotolar taktikasından istifadə etmək istəyib. O zaman Səddamın saçı-saqqalı bir-birinə qarışmış, özünü isə quyudan dartıb çıxarmışdılar. Sonradan bu foto bütün dünya mətbuatında paylaşılmışdı. Gülən də Ərdoğan üçün eyni ssenarini fikirləşsə də, bunu bacara bilməyib.
Fətullah Gülənin Türkiyəyə qayıdışını CİA ilə bir yerdə planlaşdırdığını bildirən təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, çevriliş müvəffəqiyyətə nail olsaydı, İstanbula gələcək və aeroportda milyonlarla adam tərəfindən qarşılanacaqdı.