2023‐cü ildə ailə münaqişəsi və qısqanclıq zəminində qadınlara qarşı ölümlə nəticələnən 49 cinayət (2022‐ci ildə 51) qeydə alınıb.
Tribunainfo.az məlumat verir ki, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.
2023‐cü ildə qadınlarla bağlı 6825, o cümlədən zorakılıqla müşayiət olunan 2344 cinayət qeydə alınıb. Qısqanclıq, ailə münaqişəsi və sairə məişət zəminli cinayətlərin sayı 1210 (2022‐ci ildə 1175) , o cümlədən qadının cinsi toxunulmazlığı əleyhinə törədilmiş cinayətlərin sayı 147 fakt olub.
Qadınlara qarşı törədilmiş cinayətlərlə bağlı 4519 şəxs müəyyən edilərək 63,3%‐i (2861‐i) məsuliyyətə cəlb olunub. Qadınlara qarşı həyat və sağlamlıq əleyhinə törədilmiş 1822 cinayət qeydə alınıb. Onlardan 1544‐ü qəsdən sağlamlığa yüngül zərər vurma, 176‐ı qəsdən sağ lam ‐ lığa ağır və az ağır zərər vurmalar, 68‐i qəsdən adam öldürmə, 18‐i özünü öldürmə həddinə çatdırma, 16‐ı əzab vermə ilə bağlı cinayətlər olub.