“Qismət-M House” MMC-yə inzibati protokol yazılıb

“Qismət-M House” MMC-yə inzibati protokol yazılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Binəqədi Rayon Məhkəməsinin hakimi Aynurə Sadıqovanın icraatındadır.

Qeyd: Şirkət Bakının Nizami rayonunda “Neftçilər” metrostansiyasının yaxınlığında yaşayış kompleksi inşa edir.