QIŞDA XƏSTƏLƏNMƏK İSTƏMİRSİNİZSƏ…backend

QIŞDA XƏSTƏLƏNMƏK İSTƏMİRSİNİZSƏ…  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havaların soyuması ilə xəstəliklər də artır. Bundan xilas olmaq üçün hərə müxtəlif yola əl atır. Ancaq bəzi qidalar var ki, onları mütəmadi qəbul etməklə xəstəliklərdən xilas olmaq mümkündür.

Tribunainfo.az xəbər verir ki, mütəxəssislərin fikrincə, qış aylarında narıncı meyvələri menyudan əskik etməməliyik. Narıngi, portağal C vitamini ilə zəngin olduğu üçün immun sistemini gücləndirir.

Bundan başqa, çərəzlər, quru meyvələr də xəstələnmənin qarşısını alan ən yaxşı qida hesab edilir. Bir ovuc çərəz və quru meyvələrdəki yağlar immun sistemini saat kimi çalışdırır.

Balıq da belə qidalardandır. Omeqa qrupu yağlarla zəngin olan balıq qış aylarında ən çox məsləhət görülən ətdir.

Qatıq da üstünlük verməli olduğumuz qidalardandır. Qatıq insan orqanizminə lazım olan bakteriyaların bədəndə qalmasına səbəb olur.