QIŞDA ARIQ QALMAĞIN YOLU – 5 MƏSLƏHƏT

QIŞDA ARIQ QALMAĞIN YOLU – 5 MƏSLƏHƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qışda ən çox görülən şikayətlərdən biri də kökəlməkdir. Əksər insanlar qışda arıqlamaqdansa, fit qalmağın yollarını axtarırlar. Xarici mütəxəssislər qışda formada qalmağın yolunu açıqlayıblar.

Tribunainfo.az qışda formada qalmaq istəyənlər üçün mütəxəssislərin 5 tövsiyəsini təqdim edirik:

1. Daha çox su için. Susuz qalan insanlar çox yemək yeməyə meyilli olur.

2. Süfrənizi yarpaqlı tərəvəzlər, toyuq, dəniz məhsulları və brokoli ilə zəngin edin.

3. İsti suplar, bulyonlar yeyin.

4. Ac qalmayın, az da olsa müntəzəm yeyin.

5. Piyada uzun gəzintilərə çıxın və ya idman zalında məşq edin.