QIŞ AYLARINDA KÖKƏLMƏMƏK ÜÇÜN NƏ ETMƏLİ? – DİETOLOQ AÇIQLADI

QIŞ AYLARINDA KÖKƏLMƏMƏK ÜÇÜN NƏ ETMƏLİ? – DİETOLOQ AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dietoloq Beyza Güner insanların çoxunun qışda kökəlməyə meylli olduğunu vurğulayaraq bu vəziyyətə qarşı necə qidalanacağını açıqlayıb.

Tribunainfo.az “Sabah” xəbər agentliyinə istinadən bildirir ki, soyuq havalarda insanların kalorili qidalara üz tutmasının səbəbini açıqlayan Güner qış aylarını kökəlmədən keçirməyin sirrini də verib.

Dietoloq Beyza Güner soyuq havada hansı qidaların immuniteti gücləndirdiyini və bədəni isti saxladığını açıqlayıb.

Xüsusilə qış aylarında kökəlmə meylinin daha çox olduğuna diqqət çəkən Güner, yüksək lifli və aşağı kalorili qidalara üstünlük verilməli olduğunu qeyd edib. Dietoloq Güner soyuq və quru havalarda gündə 2 ilə 2,5 litr arasında su istehlak edilməsi lazım olduğunu vurğuladı.

Qış mövsümündə üstünlük verilməli qidalar haqqında məlumat verən Güner, “Xüsusilə qış mövsümündə iştahımız artır, kökəlməyə meylimiz çox daha yüksək olur. Kiçik və tez-tez yemək yeməklə kökəlməkdən qaça və iştahımızı idarə edə bilərik. Bədənin daha çox istiləşməsi üçün daha çox enerjiyə ehtiyacı var və beyin davamlı olaraq bədənimizə yemək üçün siqnallar göndərir. Bu zaman biz bu siqnalları aldıqda qida dəyəri və lifi yüksək, kalorisi az olan qidaları seçməliyik. İsti şorba, darçınlı süd və ballı bitki çayları bunlara misal ola bilər. Eyni zamanda immun sistemimizi güclü saxlamaqla qışda soyuqdəymə və qrip infeksiyalarından qorunmuş oluruq. “Yulafın tərkibində olan beta qlükan immunitet sistemini gücləndirir, yüksək antioksidant təsiri olan nar da immunitet sistemini gücləndirməyə kömək edəcək.