İtaliyanın cənubunda yerləşən Etna dağı lava püskürməyə başlayıb.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, vulkandan yüksələn kül buludları uçuşlarda fasilələrə səbəb olur.
2023-cü ildə güclü şəkildə kül və lava səpdikdən sonra bu ilin iyul ayına qədər səssiz qalan Etna yenidən aktivləşib.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu vulkandan lava püskürdüyünü, hündürlüyü 10 kilometrə çatan kül buludlarının cənub-şərqə doğru irəlilədiyini qeyd edib.