Ammonyak və neft daşıyan Britaniyaya məxsus Rubymar gəmisinin batmasından sonra Yəmən rəsmiləri əməkdaşlığa çağırıb. Husilərin vurduğu gəminin Qırmızı dənizdə böyük ekoloji fəlakətə səbəb olacağından ehtiyatlanır.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Yəməndə husi üsyançıları Britaniyanın Rubymar gəmisini batırdıqdan sonra ekoloji fəlakətlə bağlı xəbərdarlıqlar davam edir.
Rubymar adlı gəminin böyük miqdarda ammonyak və neft daşıdığı açıqlanıb.
Yəmənin Taiz əyalətinin Balıqçılıq Departamentinin direktoru Vadah əl Mədhaci “Bu, fəlakət olacaq” dedi və əlavə etdi: “Bütün canlılar müxtəlif dərəcədə təsirlənəcək. Kimyəvi çirklənmə illər boyu davam edəcək”.
Dəniz Pənahova