Qırmızı dəniz böhranı Tesla-nın istehsalını vurdu

Qırmızı dəniz böhranı Tesla-nın istehsalını vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırmızı dənizdəki gərginlik Teslanın istehsalına zərbə vurdu. Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, elektrikli avtomobil istehsalçısı çatdırılma müddətinin uzadılması səbəbindən Almaniyadakı fabrikini bağladı.

Şirkətin bəyanatında daşımalarda gecikmələr vurğulansa da, Almaniya fabrikində istehsalın böyük hissəsinin yanvarın 29-dan fevralın 11-dək dayandırılacağı bildirilib.

Tesla elan etdi ki, Qırmızı dənizdəki münaqişələr səbəbindən gəmiçilik marşrutlarının dəyişməsi fabrikdəki istehsala təsir göstərib. Açıqlamada, uzun daşınmaların tədarük zəncirlərində boşluqlar yaratdığı qeyd edildi.