3 ildir “youtube”də çəkdiyi “Qırmızı adam” verilişi ilə qısa zaman ərzində məşhurlaşan və sevilən aparıcı Faiq Erolun döyülməsi ilə bağlı görüntülər yayılıb.
Tribunainfo.az xəbər verir ki, məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən Faiq Erol böyüdüləcək bir məsələnin olmadığını, konfliktin sdəcə bir yalnış anlama səbəbindən baş verdiyini deyib:
“Dünən “neftçilər metrosu” ərazisində verilişim üçün çəkiliş aparırdım. Bir kişiyə yaxınlaşıb sualımı ünvanladım. Sual da bundan ibarət idi ki, “Üzünüzdən nə yağır?”. Bir yaşlı kişi cavab verdi ki, “Üzümdən zəhrimar yağır”. Mən ondan aralaşdım. Heç beş dəqiqə keçməmiş həmin şəxs yenidən mənə yaxınlaşıb problem yaratmağa başladı. Mən də ona bildirdim ki, narazı idinizsə, cavab verməzdiniz. Bu an aramızda anlaşılmazlıq yaşandı və biz əlbəyaxa olduq”.
Aparıcı görüntüləri kimin yaydığını bilmədiyini və xəsarət almadığını bildirib:
“Orada hamı başladı telefonu çıxardıb çəkməyə. Cavan uşaqlar idi. Amma kim yayıb görüntüləri, heç bir məlumatım yoxdur. Nə hansısa bir xəsarət almışam, nə də polisə məlumat vermişəm. Çünk buna səbəb heç bir şey yox idi ortada”.