Qırğızıstanın sabiq baş naziri həbs edildi

Qırğızıstanın sabiq baş naziri həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanın sabiq baş naziri Jantoro Satıbaldıyev korrupsiyada şübhəli bilinərək saxlanılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “İnterfax”a ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, sabiq baş nazir istintaq təcridxanasına aparılıb.

Jantoro Satıbaldıyev Bişkekin İstilik Elektrik Mərkəzinin modernləşməsi işində korrupsiya faktı üzrə cinayət işi ilə əlaqədar saxlanılıb.