Оktyabrın 7-də Bişkek – Kara-Balta avtomobil yolunda baş nazirin müavinin içində olduğu avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub.
Оktyabrın 7-də Bişkek – Kara-Balta avtomobil yolunda baş nazirin müavinin içində olduğu avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub.
Oxu.Az bu barədə Qırğızıstan KİV-inə istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində ölkənin baş nazirinin müavini Temir Cumakadırovla yanaşı, köməkçisi və sürücüsü də vəfat edib.
Baş nazirin müavini qarşıdan gələn prezident seçkisinin keçirilməsi məqsədi ilə yaradılan Respublika Mərkəzi seçki qərargahına başçılıq edirmiş. O, seçki məntəqələrinin hazırlığını yoxlamaq üçün Talas şəhərinə gedirmiş.
Yük maşınının sürücüsü isə xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi ilə bağlı heç bir ehtimal irəli sürülməyib.