Honk-Konq-Bişkek-İstanbul reysi üzrə uçab təyyarənin qəzasında ölənlərlə əlaqədar Qırğızıstanda matəm günü elan ediləcək.
Honk-Konq-Bişkek-İstanbul reysi üzrə uçab təyyarənin qəzasında ölənlərlə əlaqədar Qırğızıstanda matəm günü elan ediləcək.
TİA.AZ Qırğızıstan mediasına istinadən xəbər verir ki, yaxın vaxtlarda prezident Almazbek Atambayev müvafiq fərman imzalayacaq.
Honkonqdan gələn “Turkish Airlines” aviaşirkətinə məxsus yük təyyarəsi bu gün səhər saatlarında Bişkekin Manas hava limanına eniş edən zaman qəzaya uğrayıb. Son məlumatlara görə, 35 nəfər, həmçinin ekipajın 4 üzvü həlak olub.