backend

Qırğızıstan Karapetyanı qəbul etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Karen Karapetyan martın 6-da Qırğızıstana səfər edəcək.  

Ermənistan Baş naziri Karen Karapetyan martın 6-da Qırğızıstana səfər edəcək.

TİA.AZ  xəbər verir ki, səfərin əsas məqsədi Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak olacaq.

Qeyd edək ki, bir müddət əvvəl Qırğızıstanla Azərbaycan arasında münasibətlər pisləşib. Buna səbəb Qırğızıstanın İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabad sammitinin yekun bəyanatının siyasi bəndlərinə qoşulmaması olub. Həmin bəndlərdə İƏT ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini biliriblər. Azərbaycan XİN və Azərbaycan Prezidentin Administrasiyası Qırğızıstan rəhbərliyinin bu hərəkətini pisləyən bəyanatlar verib. Qırğızıstan isə öz növbəsində İƏT-i iqtisadi təşkilat adlandırıb və Azərbaycanın məlum hadisə ilə bağlı reaksiyasından təəssüf hissi keçirdiyini bildirib.