QIRĞIZISTAN BAYRAĞI DƏYİŞİR

QIRĞIZISTAN BAYRAĞI DƏYİŞİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan parlamenti ölkə bayrağının dəyişdirilməsini təklif edən qanun layihəsini birinci oxunuşda qəbul edib.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Qırğızıstan Parlamentinin sədri Nurlanbek Şakiyevin sədrliyi ilə keçirilən “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi Baş Assambleyanın səsverməsinə çıxarılıb.

ŞuraKonstitusiyaKomitədə müzakirəyə çıxarılan qanun layihəsi ilə ölkə bayrağındakı dalğa formalı günəş şüalarının yastılaşdırılması və ortadakı motivdəki sətirlərin sayının 3-dən 4-ə çatdırılması təklif edilib.

Milli Məclisin sədri Şakiyev və deputat Ulan Primov tərəfindən hazırlanan qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentdə cəmi 90 yerlə səsvermədə iştirak edən 74 deputatdan 66-sı “hə” deyib.