Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundafındıq məhsulundan nümunə götürülməsi qaydaları ilə bağlı təlim keçirilib. Təlimdə bu sahədə qabaqcıl ölkələrin təcrübəsindən danışılıb, yeniliklər təlim iştirakçılarının diqqətinə çatdırılıb.
Təlim çərçivəsində ekspertlərin çıxışları dinlənilib, fındıqdan nümunə götürülərkən istifadə olunan alətlər əyani vəsait kimi nümayiş etdirilib.Daha sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Təlim bitdikdən sonra qida təhlukəsizliyi sahəsində fəaliyyət göstərən müfəttişlərin biliklərinin yoxlanılması məqsədilə test-sınaq imtahanları keçirilib.
TİA.AZ