Qida Təhlükəsizliyi Agentliyinin sədri sınaq laboratoriyasına baxış keçirib

Qida Təhlükəsizliyi Agentliyinin sədri sınaq laboratoriyasına baxış keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Mayın 31 –də Sumqayıt şəhərində yerləşən Sumqayıt yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasına baxış keçirib.

Agentliyinin sədri laboratoriyanın fəaliyyəti, maddi-texniki bazası və əməkdaşların bilik səviyyəsi ilə tanış olub. Sınaq laboratoriyasında iş prosesi ilə tanışlıqdan sonra Q. Təhməzli aparılan laborator müayinələr zamanı şəffaflığın qorunması və bununla bağlı olaraq vahid elektron bazanın yaradılmasının vacibliyini vurğulayıb.Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 22 may tarixli sərəncamına əsasən, ləğv edilmiş Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsin “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Sumqayıt şəhərində yerləşən Sumqayıt yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib.

TİA.AZ