Qida Təhlükəsizliyi Agentliyinin 190 minlik tenderi ləğv edildi

Qida Təhlükəsizliyi Agentliyinin 190 minlik tenderi ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin laboratoriya binasının tikintisi üzrə layihələndirmə işləri ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ləğvetmə qərarında səbəbi açıqlamayıb.

Tenderin ümumi dəyəri 189 901 AZN təşkil edib.