Zavod çörəyi günü-gündən bahalaşır, ancaq bir yandan da zərərlərindən hamı şikayət etsə də qida rasionundan çıxarmır. Zavod çörəyinin şişkinlik, köp, kökəlmə yaratdı hamıya məlumdur.
Bəs zavod çörəyinə alternativ olaraq hansı çörəklə qidalanmaq sağlamlıq baxımdan önəmlidir? Zavod çörəyinin tərkibində əslində nələr var?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqla verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova sullarımızı cavablandırıb.
Onun sözlərinə görə, bu gün bir çox insan xüsusilə də un məmulatlarından, çörəkdən istifadə edənlər şişkinlikdən, köpdən, artıq çəkidən, dəridə yaranan səpgilərdən, saçlarda qabıqlanmadan və s. şikayətlər edirlər.
“Bu şikayətlər ağ çörək istifadə edənlərdə daha çox olur. Əsas səbəb budur ki, ağ unda demək olar ki, liflər yoxdur. Həzm prosesini də ləngidir. Eyni zamanda bu həzmlə yanaşı köp də yaradır. Ağ undan hazırlanan çörəklər qanda şəkəri sürətlə artırır ki, bu da insylin balansının poxulmasına gətirib çıxarır. Zavod çörəyi daha çox qalsın deyə, tərkibinə kimyəvi maddələr, qoruyucular, konsetvantlar vurulur ki, bu da həzm problemləri yaratmaqla yanaşı, allergik reaksiyalara səbəb olur. Şəkər və maya maddələr mübadiləsinin pozulmasına səbəb olur. Ağ çörəyin hazırlanmasında doymuş yağlardan da istifadə olunur. Bu da çəki almağa, xüsusilə də çəkinin belə və qarın ətrafında yığılmasına gətirib çıxarır. Bu çörəkləri istifadə edərkən dəmir və ya toster üzərində qızdırmaqla kalorisini azaldıb həzmini yüngülləşdirmək olar. Gün ərzində qəbul edəcəkləri miqdarı da tənzimləməlidirlər. Günün birinci yarısında yaxşı olar ki, bir-iki dilim istifadə etsinlər. Axşam saatlarında isə çörəyin istifadəsi tövsiyyə olunmur. Alternativ olaraq tam buğda unundan hazırlanmış, liflərlə zəngin olan tam buğda unundan haxırlanan çörəklərdən istifsdə olunsun. Tam buğda unundan hazırlanan çörəklər insanı uzun müddət tox saxlayır. Şişkinlik və köp yaratmır, asanlıqla həzm olunur”.
Dəniz