QİDA ƏLAVƏLƏRİ DƏRMAN PREPARATI KİMİ SATILIR-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sonuncu aldığım dərmanın tərkibindəki bəzi maddələrin miqdarı əvvəlkindən 10 dəfə az olsa da baha satılır”
 Tia.az  Bakı şəhəri Şirin Mirzəyev 58a mənzil 105-də yaşayan Haşımov İmran Yusif oğlu tərəfindən yazılan şikayət məktubunu diqqətinizə çatdırır: “Mən böyrək daşı xəstəliyindən əziyyət çəkirəm.Həkimin yazdığı resept əsasında “Ratun” dərmanından istifadə edirəm.Bir qutu bu preparatdan istifadə edib müsbət nəticəsini müşahidə etmişəm.23.10.2017 –də Nizami rayon Q.Qarayev pr ev 31-də yerləşən “VİTA APTEKLƏRİ” MMC aptekindən (Dərman “Avromed”firmasının paketində verilib.27.30 AZN ödəyib bir qutu “Ratun” preparatı aldım.

Qutunun içərisində 14 paket olur. Evə aparıb 1 paketdən istifadə etdim. Əvvəllər aldığımdan fərqli olaraq boğazımda şirinlik əvəzinə acılıq hiss etdim.Həkimlə məsləhətləşdim. Həkim dedi ki, aldığın zəif dərmandır, apar dəyiş.Qeyd edim ki,əvvəl aldığım dərmanı 27 AZN -ə almışdım. Aptekə qayıdıb bir paketi işlətdiyimi dedim,dəyişdirilməsini və ya qaytarılmasını xahiş etdim.

Aptek qəti etiraz etdi. Dərmanın keyfiyyəti və dəyişdirilməsi ilə bağlı müraciət üçün Səhiyyə Nazirliyinin C.Cabbarlı küç. yerləşən ekspertiza mərkəzinə getdim.Burada mənim şikayətimə baxan olmadı.Sonuncu aldığım Ratun dərmanından şübhəliyəm.Belə ki, qutu üzərində və içlik kağızda dərman və qida əlavəsi olması yazılmayıb,hətta əvvəl aldığım dərmanın içliyində heç bir yazı olmayan sadəcə ağ kağız qoyulub.

Əvvəl aldığım dərmanın ştrix kodu 869-la başlayır.Sonra aldığım dərmanın ştrix kodu 868-lə başlayır.Üzərindəki yazılarda və şəkillərdə fərqlər vardır. Sonuncu aldığım dərmanın tərkibindəki bəzi maddələrin miqdarı əvvəlkindən 10 dəfə az olsa da baha satılır və s.Xahiş edirəm istehlakçı hüququmu qoruyasınız,aldığım sonuncu dərman bir paket işlənmə şərtilə keyfiyyətli dərmanla dəyişdirilsin və ya qaytarılsın, sonuncu dərman ekspertizaya verilsin, markalanması başa düşülən vəziyyətə gətirilsin!”

NÜŞABƏ
Tia.az