backend

QİÇS-LƏ MÜBARİZƏDƏ YENİ ÜSUL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, elm adamları HIV-ilə döyüşən antikorları immunitet hüceyrələrinə bağlayan yeni bir üsul tapıb. 

TİA.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, elm adamları HIV-ilə döyüşən antikorları immunitet hüceyrələrinə bağlayan yeni bir üsul tapıb.

ABŞ elm adamları, QİÇS-ə yol açan HİV ilə savaşan antikorları immunitet hüceyrələrinə bağlayan, beləliklə, hüceyrələri virusa qarşı müqavimətli hala gətirən yeni bir üsul tapıb. Nəticələr “Milli Elmlər Akademiyasının materialları” jurnalında dərc olunub. The Skripps Araşdırma İnstitutunun (TSRI) elm adamları laboratoriya şəraitində apardığı araşdırmada virusa müqavimətli hüceyrələrin, sürətlə xəstə hüceyrələrin yerini alacağını göstərdi və üsulun HIV daşıyıcısı bir insanda xəstəliyi müalicə etmək potensialına malik olduğunu bildirdi.  Araşdırmada, antikorların hüceyrə səthini əhatə etməsinin təmin etdiyi, bu səbəbdən HIV hüceyrə alıcısına çatmasını və infeksiyanı yaymasını əngəllədiyi qeyd edildi. Araştırma qrupundan deyilir ki, Jia Xie, Riçard Lerner və Lita Annenberg Hazen-in, üsulun insanlar üzərində təcrübə edilməsindən əvvəl səmərəliliyinin və təhlükəsizliyinin test edilməsi üçün Hopes Gen Müalicə Mərkəzi ilə əməkdaşlıq etmək planlaşdırılır.

İlahə