QHT rəhbəri “OBA” marketlə bağlı ÇAĞIRIŞ etdi: COP29 ilində…backend

QHT rəhbəri “OBA” marketlə bağlı ÇAĞIRIŞ etdi: COP29 ilində…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, təbiətdən kobud şəkildə istifadə etdiyi, ekoloji təhlükəsizlik qaydalarını pozduğu üçün “Oba” market növbəti dəfə cərimələnib. Yoxlama zamanı “Oba”nın İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.


Marketlə bağlı başladılmış işə Xəzər rayon Məhkəməsində 10 iyul tarixində baxılacaq. İş hakim Ramilə Xəzrinin icraatındadır.
Bu mövzuda Tribunainfo.az-a danışan “Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Fuad Əliyev hesab edir ki, COP29 ilində bu cür hallara yol verilməməsi üçün ikiqat məsuliyyətli olmaq lazımdır. QHT rəhbərinin sözlərinə görə, şirkətlər, marketlər şəbəkələri, müxtəlif kommersiya qurumları cəmiyyətə nümunə olmalıdır, nəinki belə pozuntularla yadda qalmalıdır: “Xüsusən nəzərə almaq lazımdır ki, Azərbaycan COP29 konfransına ev sahibliyi edəcək. Dünyanın diqqəti bizə yönəlib. Çünki İqlim Dəyişikliyi ilə bağlı mötəbər toplantılar, panel müzakirələr təşkil ediləcək bir ölkədə təbiətə qarşı bu cür qanun pozuntusuna yol verilir”.
QHT rəhbərinin fikrincə, Azərbaycan Prezidentinə COP29 tədbirləri ilə əlaqədar mötəbər yerlərdən məktublar gəlir, dünya bizi müzakirə edir, dəstək verir, belə bir möhtəşəm konfransın təşkilini üzərimizə götürmüşük, amma “Oba” market, yaxud hansısa firma ölkənin adını belə qanun pozuntuları ilə gündəmə gətirir. Təəssüf etməkdən başqa heç nə demək olmur, amma hər bir sahibkar fəaliyyətində diqqətli olmalıdır”.